| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
American Express kartlarını ödənişə qəbul etmək rahat və sərfəlidir
Uzun illərdir ki, American Express® plastik kartları bütün dünyada həm kart sahibləri, həm də bu kartları ödənişə qəbul edən ticarət və xidmət müəssisələri tərəfindən yüksək qiymətləndirilməkdədir. Hal-hazırda, dünyada 65 milyondan artıq American Express® kart sahibi mövcuddur və bu rəqəm gün keçdikcə artmaqdadır.
American Express® Card – indi Azərbaycanda
Azərbaycan Beynəlxalq Bankı, American Express şirkətinin müstəsna partnyoru olaraq ölkəmizdə American Express® kartlarının buraxılışına və xidmətinə başlamışdır. Bununla Azərbaycan Beynəlxalq Bankı ölkə vətəndaşlarının istəklərinin reallaşmasında və tələbatlarının təmin edilməsində yeni və geniş imkanlar yaratmaqdadır. American Express® kartlarını ödənişə qəbul etməklə Siz mövcud müştərilərinizin sayını və beləliklə satışlarınızı dəfələrlə artırmaq imkanı əldə edirsiniz.
Xarici müştәrilәriniz artır
Xarici ölkәlәrdә American Express® kartlarının istifadəsi geniş yayılıb və bu sәbәbdәn ölkәmizә gәlәn qonaqlar bu kartları istifadə etmәyә üstünlük verirlər. Azərbaycana gələn beynəlxalq təşkilatların və şirkətlərin, o cümlədən iri yerli və xarici şirkətlərin, xarici ölkə səfirliklərinin əməkdaşları hesablaşmalar üçün məhz American Express® kartlarını istifadə edirlər. Beləliklə, bu kartları ödənişə qəbul etməklə Sizin müəssisəniz kart qəbul etməyən müəssisə ilə müqayisədə daha üstün mövqedə olacaq.
Satış həcmləriniz artır
American Express® kartları ilə satış həcminiz digər ödəniş sistemləri kartları ilə ödənişlərin orta həcmindən 3-4 dəfə böyükdür. American Express® kartları əsasən cəmiyyətdə diqqətəlayiq sosial statusa və maliyyə imkanlarına malik insanlar arasında çox populyardır. Kartın geniş imkanları və təkrarsız xüsusiyyətləri onu gündəlik həyatda ödəniş vasitəsi kimi əvəzedilməz edir.
Kart sahiblərinin bu kartlarda xüsusi kredit xəttinə sahib olmaları və American Express® kartları vasitəsilə ödənişləri stimullaşdıran xüsusi American Express Selects kimi proqramlarının mövcud olması da satışlara müsbət təsir edən faktorlar arasındadır.
Xərcləriniz azalır - Qazancınız artır
Plastik kartla alış-veriş zamanı müştəridən tutulan məbləğ son qәpiyinә qәdәr Sizin hesabınıza keçir. Nağd pulun saxlanması, sayılması, banklara təhvil verilməsi və sair kimi vaxt aparan və riskli әmәliyyatların aparılmasını və nәticәlәrini minimuma endirirsiniz. Pulunuzun oğurlanması və ya itməsi, saxta pulların qəbul edilməsi kimi risklәrdәn azad olursunuz. Xırda pul problemi və sair problemlәrlә heç qarşılaşmazsınız.
Biznesiniz üçün yeni marketinq imkanları.
Azərbaycandan və eyni zamanda dünyanın bir çox ölkəsindən American Express® kart sahiblərinin diqqətini cəlb etmək, onları məhsul və xidmətləriniz, endirim və özəl kampaniyalarınız haqqında məlumatlandırmaq artıq xəyal deyil. Bunun üçün bütün dünyada tanınmış və müştərilər tərəfindən yüksək qiymətləndirilən American Express® Selects online qlobal marketinq proqramına üzv olmaq yetərlidir.
American Express® Selects proqramının www.americanexpress.az/selects ünvanlı internet saytı, o cümlədən bu məqsədlə hazırlanan və yayılan xüsusi tanıdım və reklam materialları biznesiniz üçün yeni marketinq imkanları yaradacaqdır.
Müəyyən edilmişdir ki:
American Express® kart sahiblərinin 86%-i alış-veriş zamanı birinci növbədə ticarət və xidmət müəssisələrində American Express loqotipinin mövcudluğuna diqqət yetirir.
Kart sahiblərinin 35%-inin müvafiq mağaza və ya restoran seçiminə ticarət və xidmət müəssisəsində American Express® kartlarının qəbul edilməsi faktoru təsir edir.
Kart sahiblərinin 42%-i American Express® kartlarını ödəniş vasitəsi kimi qəbul edən ticarət və xidmət müəssisələrinə bu kartları qəbul etməyən müəssisələrdən daha çox etibar edirlər.
Kart sahiblərinin 80%-i qərarların qəbulunda əmtəənin və ya xidmətin qiymətini əsas meyar kimi qəbul etmirlər. Avropada hər bir American Express® kartı ilə ödənişlərin illik orta həcmi 4000 avro təşkil edir.
American Express® kartlarını ödənişə qəbul etmək, o cümlədən əlavə məlumat almaq üçün və ya American Express® kartlarına xidmət şöbəsi müraciət edin.