| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
ABB və American Express Sizə American Express® Card ilə ödəniş etmək üçün müxtəlif vasitələr təklif edir:
1. İnternet Banking
İnternet Banking vaxtınıza qənaət edərək, Sizə, evinizdən və ya ofisinizdən çıxmadan xüsusi Kart Hesabınızı (XKH) idarə etmək imkanı verəcəkdir. İnternet Banking-dən istifadə etmək üçün Siz bu xidmətə qoşulmalısınız. Xidmətə qoşulmaq üçün bizə müraciət etməyinizi xahiş edirik.
2. ATM və İnformasiya-ödəniş köşklərində KartTransfer xidməti
American Express® Card sahibləri KartTransfer xidməti vasitəsilə ABB-nin ATM və informasiya-ödəniş köşklərindən istifadə edərək kart hesabları arasında köçürmələrin aparılması imkanını əldə edə bilərlər.
Köçürmələr həm ABB kartları, həm də ABB ilə əlaqəsi olan digər bankların plastik kartları arasında həyata keçirilə bilər. Köçürmələri həm bir müştərinin hesabları arasında, həm də bir müştərinin hesabından digər müştərinin hesabına aparmaq mümkündür.
Kart Transfer-dən istifadə etmək üçün Siz bu xidmətə qoşulmalısınız. Xidmətə qoşulmaq üçün bizə müraciət etməyinizi xahiş edirik.
3. İstənilən ABB filialı
Siz Beynəlxalq Bankın istənilən filialında American Express® Card hesabınızın balansını yoxlaya və ödəniş edə bilərsiniz. www.americanexpress.az saytına daxil olaraq Sizə yaxın olan filialın ünvanını öyrənin.
Həftənin 7 günü və günün 24 saatı American Express® kartlarına xidmət şöbəsinin mütəxəssisləri istədiyiniz sualı məmnuniyyətlə cavablandırmağa hazırdırlar. Bunu üçün +994 12 598 01 31 zəng edin və ya ətraflı məlumat almaq üçün www.americanexpress.az internet saytını ziyarət edin.