| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
American Express® Card - Sizin maliyyə azadlığınızın zəmanətidir. American Express® Card Sizə maliyyə sərbəstliyi ilə bərabər xərcləmə və ödəmə rahatlığı da təqdim edir. Kartınızda hər bir müştəri üçün fərdi şəkildə müəyyən edilən özəl kredit limitinə sahib olacaqsınız. Kartınızla Sizə həmçinin kreditin güzəştli müddətindən (Grace period) istifadə edərək 45 günə qədər faizsiz kreditdən faydalanmaq imkanı təqdim edilir.
Üstəlik, kart borcunuzun hansı hissəsini ödəmək Sizdən aslıdır: borcunuzu tam şəkildə ödəyin və yaxud kartınızın aktiv qalması üçün sadəcə borcunuza görə minimum məbləği ödəyin. Seçim Sizindir. Borca görə minimum məbləği ödəməklə, Siz, qalan kredit xəttindən istifadə edə bilərsiniz.
American Express® Card Sizə öz xərclərinizə tam şəkildə nəzarət etmək imkanı verən yeni maliyyə vasitəsidir. Hesabınız haqqında məlumatı arzu etdiyiniz şəkildə öyrənə bilərsiniz, bu məqsədlə aylıq hesabdan çıxarış, bankomatlar, informasiya köşkləri, Bankın filialları və "İnternet Bankinq" xidmətləri daima Sizin sərəncamınızda olacaqdır.
Nağd vəsaitə ehtiyacınız olduqda, arzu etdiyiniz zaman və arzu etdiyiniz yerdə kartınızı istifadə edə bilərsiniz. American Express® Card Sizə dünya üzrə sayı 650 000-dən çox olan bankomat şəbəkəsindən arzu etdiyiniz zaman istifadə imkanı verir. American Express® Card ilə Siz heç vaxt və heç yerdə nağd vəsaitsiz qalmazsınız.