| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
QIZIL İMKANLARI OLAN AMERICAN EXPRESS® GOLD CARD-I KƏŞF EDİN
Dünya standartlarında yüksək səviyyəli xidmətdən faydalanmaq nadir və fərqli duyğudur. Siz bu duyğunu hər gün yaşamaq istərdinizmi?
Sizi, yalnız American Express® Gold Card - Qızıl kartın təklif etdiyi rəqibsiz xidmət və imtiyazları kəşf etməyə dəvət edirik.
QIZIL KARTLA SƏYAHƏT
Səyahətinizi, ən xırda detallarınadək bircə telefon zənginiz ilə həll edə biləcəyinizin mümkünlüyünü təsəvvür edin.
Üstəlik, Sizə viza lazımdırsa, həkim və ya hüquqşünas axtarırsınızsa American Express Beynəlxalq Yardım xidməti həftənin 7 günü, günün 24 saatı ərzində xidmətinizdədir.
2200-dən artıq səyahət ofisindən ibarət geniş xidmət şəbəkəsi ilə daim Sizin xidmətinizdəyik!
QIZIL KARTIN QORUMASI
Qızıl kartın Sizi səyahətləriniz zamanı qoruduğunu bilməyin yaratdığı arxayınlıq hissini düşünün. Səyahətə çıxdığınız andan etibarən, heç bir əlavə xərc ödəmədən xüsusi Sizin üçün hazırlanmış Səfər sığortasının qoruması altında olursunuz. Qızıl kartınızın qorumasına, həmçinin təyyarənin gecikməsi, uçuşunuzun təxirə salınması, baqajınızın itməsi və hətta ləngiməsi halları kimi səyahətlə bağlı narahatçılıqlarınızın da təzmin edilməsi daxildir.
QIZIL KARTLA ALINAN MALIN QORUNMASI
Qızıl kart Sizi sadəcə səyahətləriniz zamanı qorumur, o həmçinin alış-verişlərinizi daha güvənli edir. Kart sahibləri üçün nəzərdə tutulan xüsusi Alış-Veriş sığortası ilə, Qızıl kartınızla aldığınız əşyanı oğurlanması yaxud zərər görməsinə qarşı 90 gün müddətinə sığortalayırıq.
QIZIL KARTDAN EKSKLÜZİV TƏKLİFLƏR
Ölkəmizin və dünyanın aparıcı markalarının ən yaxşı təkliflərindən faydalanmaq üçün sadəcə səyahət, bazarlıq və nahar xərclərinizi dünyanın ən tanınmış kartı ilə ödəməyiniz yetərlidir. Qızıl kartınız Selects proqramı çərçivəsində Sizə ölkəmizin və dünyanın aparıcı ticarət və xidmət müəssisələrindən eksklüziv təkliflər təqdim edir.
QIZIL KARTIN MALİYYƏ İMKANLARI
Nağd vəsaitə ehtiyacınız olduqda, arzu etdiyiniz zaman və arzu etdiyiniz yerdə kartınızı istifadə edin. Qızıl kartla Siz istədiyiniz hər bir əşyanı və xidməti məhdudiyyətsiz əldə edə biləcəksiniz. Qızıl kartınızla Sizə həmçinin kreditin güzəştli müddətindən istifadə edərək 45 günə qədər faizsiz kreditdən faydalanmaq imkanı təqdim edilir. Üstəlik, kart borcunuzun hansı hissəsini ödəmək Sizdən asılıdır: borcunuzu tam şəkildə ödəyin və yaxud kartınızın aktiv qalması üçün sadəcə borcunuza görə minimum məbləği ödəyin.
QIZIL KART XİDMƏTLƏRİ
Həftənin 7 günü və günün 24 saatı American Express® kartlarına xidmət şöbəsinin və Global Assist Beynəlxalq Yardım xidmətinin mütəxəssisləri sərəncamınızdadır.
Siz hər şeyin ən yaxşısına layiqsiniz. Artıq Qızıl Kartınız vasitəsilə layiq olduğunuzun ən yaxşısını əldə edə bilərsiniz.
American Express® Gold Card sifariş etmək üçün On-line və ya Banka müraciət edin.