03.09.2009 ABB Electron Banking xidmətlərinin çeşidini artırır
1 sentyabr 2009-cu ildən Azərbaycan Beynəlxalq Bankın müştərilərinə elektron bankinqin inkişaf strategiyası çərçivəsində yeni xidmət növləri təqdim olunur. Bu barədə ABB mətbuat xidmətinin rəhbəri Rauf Ağayev məlumat verib. İlk növbədə qeyd etmək lazımdır ki, ABB bazarda analoqu olmayan məsafədən xidmətin bütün mövcud vasitələrinin - kompüterin, bankomatın, köşkün, mobil telefonun köməyi ilə aviabiletlərin ödənişi üzrə xidmət tətbiq etməyə başlayıb. Beləliklə, ABB və SilkWay Travel şirkətinin müştəriləri əvvəl turizm şirkətinə zəng vurub, sonra da ABB vasitəsilə məsafədən ödəniş etməklə ev və ya ofisdən çıxmadan elektron aviabilet almaq imkanı qazanıblar. Bundan başqa, R.Ağaev onu da qeyd etdi ki, ABB «MobilBank» sistemində olan opsiyaların spektrini genişləndirib. Əvvəllər müştərilər yalnız «Azercell» mobil operatorun və elektrik təchizatçısı «Bakıelektrikşəbəkənin» xidmətlərini ödəyə bilirdilərsə, indi bu siyahıya Elcell və Azeronline provayderləri, «Aztelekom» şirkəti və SilkWay Travel turizm agentliyi əlavə olunub. Bundan başqa, ABB müştəriləri mobil bankinq vasitəsilə "KartTransfer" - kartdan karta köçürmə də edə biləcəklər. Mətbuat xidməti rəhbərinin verdiyi məlumata görə, son 2-3 ildə elektron ödəmə və köçürmə sahəsində müsbət artım tendensiyası müşahidə olunur. 2007-ci il ərzində elektron bankinqin bütün kanalları vasitəsilə 4,88 milyon manat məbləğində 243,8 min əməliyyat aparılmışdısa, 2008-ci ildə bütün əməliyyat növlərinin sayı 366,3 min (33,4% artım) təşkil edib, onların ümumi məbləği isə 7,97 milyon manat (38,8% artım) olub. Müsbət dinamika 2009-cu ildə də saxlanılıb. Yalnız ilk 6 ay ərzində əməliyyatların ümumi həcmi 6,4 milyon manata çatıb, əməliyyatların sayı isə 244 mini ötüb. Keçən ilin analoji dövrü ilə müqayisədə əməliyyatların həcmi və sayı müvafiq olaraq 1,4 və 2 dəfə artıb.