14.05.2009 Azərikard AMEX ödəniş sistemində "e-commerce"in tətbiqinə hazırlığı başa çatdırmaq üzrədir
Azərikard MMC prosessinq şirkəti elektron ticarətin (e-commerce) tətbiqi üçün imkanlarının genişləndirilməsini davam etdirir. Şirkətdən Fineko/abc.az-a bildirildiyi kimi, bu xidmətin tətbiq olunması üçün VISA və MasterCard ödəniş sistemlərində bütün zəruri proseslər müvəffəqiyyətlə başa çatdırılmışdır. "Biz yaxın vaxtlarda elektron ticarətin AMEX ödəniş sistemində tətbiqi üçün zəruri prosesləri başa çatdırmağı planlaşdırırıq. Azərikard MMC, 3D Secure Verified by VISA və MasterCard Secure Code texnologiyaları hesabına həm kart sahibləri üçün, həm də müəssisələr üçün ödənişlərin tam təhlükəsizliyini təmin edir"-şirkətdən demişlər. Bu xidmətə qoşulma tamamilə pulsuzdur. Qoşulmaq üçün bir bankda hesabın olması və üçtərəfli müqavilənin (müəssisə-bank- Azərikard) bağlanılması lazımdır.