| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
İnternet saytındakı şəxsi məlumatların məxfiliyinin qorunması barədə
“American Express”- Azərbaycanın Bəyanatı
Məxfiliyin qorunması barədə bu Bəyanat Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan şəxslər üçün dərc olunur və yalnız American Express-Azərbaycan tərəfindən buraxılan məhsul və xidmətlərə aiddir. Əgər sizdə American Express-Azərbaycan tərəfindən buraxılmayan American Express məhsulu vardırsa, onda başqa ölkəni seçmək üçün Amerikan Express'in İnternet saytının Dünya Saytları (Worldwide Sites) səhifəsinə müraciət edin və həmin İnternet saytında məxfiliyin qorunması ilə əlaqədar şərtləri nəzərdən keçirin.
Sizin məxfiliyinizin qorunması bizim üçün vacibdir. Biz ümid edirik ki, aşağıdakı bəyanat American Express'in sizin tərəfinizdən bizim İnternet saytımızda yerləşdirilmiş şəxsi informasiyanı necə topladığını, istifadə və mühafizə etdiyini anlamağınıza kömək edəcək.
Mühafizə
Siz şəxsi hesabınız barədə məxfi məlumatları American Express saytı vasitəsilə bizə göndərərkən, biz, ilk növbədə, SSL-dən (Mühafizə olunan birləşmələr (yuvalar) – məlumatların şəbəkə üzrə təhlükəsiz ötürülməsini təmin edən protokol; açıq açarlı kriptoqrafik sistemi və məlumatların blokşəkilli şifrələnməsini birləşdirir) istifadə etməklə .secure session.'nin (etibarlı rabitə seansının) qurulmasını tələb edirik.
İnformasiyanın toplanması
Siz americanexpress.az saytını nəzərdən keçirərkən və American Express'dən hər hansı “online” servisi üçün qeydiyyata alınmamış olduqda, siz saytı anonim qaydada nəzərdən keçirirsiniz. Siz saytı nəzərdən keçirərkən, sizin adınız, ünvanınız, telefon nömrəniz və ya e-mail ünvanınız kimi şəxsi informasiya toplanılmır. Lakin, American Express bizim saytımızın necə istifadə olunduğu barədə informasiya toplamaq üçün “.cookies.” istifadə edir. Sizin kompüterinizin şəbəkəyə daxil olduğu (“log on”) server, sizin brauzerin (browser- saytı sürətli nəzərdən keçirmə proqramı) növü (məsələn, Netscape və ya İnternet Explorer ) kimi informasiya və sizin American Express bannerinə (“banner ad”) və ya E-mailə cavab verməyiniz barədə məlumatlar toplanılır və məcmu şəklinə izlənilir. Bu cür informasiya banerlərə və E-mail təkliflərinə cavab vermə dərəcələrinin ölçülməsi məqsədilə istifadə olunur.
“Online” məhsul və xidmətlər üçün qeydiyyat
Sizi İnternet vasitəsilə (“online”) konkret məhsul və ya xidmətlərlə təmin etmək üçün, biz, məktublaşma, hesabınızın yoxlanılması və bizim tərəfimizdən “online” məhsul və xidmətlərin sizə səmərəli şəkildə təqdim edilməsi, o cümlədən sizi maraqlandıra biləcək məhsul və xidmətlərin hazırlanması və ya onlar barədə təkliflərin verilməsi məqsədilə, E-mail ünvanı və hesab nömrəniz də daxil olmaqla (məsələn, əgər siz American Express Kartının üzvüsünüzsə və ya İnternet Bank əməliyyatı üçün qeydiyyata alınmısınızsa), sizdən öz şəxsi informasiyanızı bizə könüllü şəkildə təqdim etməyinizi xahiş edə bilərik.
Personalizasiya
Əgər siz bizə American Express online xidmətlərinin qeydiyyata alınmış istifadəçisi kimi məlumsunuzsa, onda biz, yəni bütün dünyadakı American Express şirkətlər qrupu, o cümlədən American Express məhsul və xidmətlərini təklif edən digər təşkilatlar, sizin online təcrübənizi uyğunlaşdırmaq və sizə müvafiq online və “offline” (İnternetdən xaric) təkliflər və yeniləşdirmələr təqdim etmək üçün, sizin americanexpress.az saytını istifadə etməyiniz və sizin istifadə etdiyiniz online məhsul və xidmətlər barədə informasiyanı American Express müştərisi kimi sizin barənizdə bizə məlum olan müəyyən digər online və offline informasiya, o cümlədən bizim məhsul və xidmətlərimizi sizin harada və necə istifadə etməyinizlə bağlı, habelə bu cür məhsul və xidmətlər üçün ödənişlər barədə məlumatlarla, həmçinin, sizin bizə təqdim etdiyiniz və ticarət firmaları marketinq təşkilatları kimi kənar mənbələrdən bizə məlum olan informasiya ilə birləşdirə (kombinasiya edə) bilərik. Biz, həmçinin, siz təkrarən bizim sayta daxil olarkən, bizim serverin sizi qeydiyyata alınmış American Express online xidmətinin istifadəçisi kimi tanımasını mümkün etmək üçün, “.cookie.”-dən istifadə edirik.

İnformasiyanın istifadəsi
Sizin bizə təqdim etdiyiniz informasiyanı biz xidmətləri təqdim etmək, lazımi qaydada hesab verilməsini təmin etmək, bizim müxtəlif növ xidmətlərimizə olan müştəri marağını ölçmək, habelə məhsul və xidmətlər barədə sizə məlumat vermək üçün istifadə edə bilərik. Əgər siz öz E-mail ünvanızı bizə tqdim etsəniz və ya əgər siz bunu artıq keçmişdə etmişsinizsə, yaxud biz sizin E-mail ünvanınızı kənar mənbələrdən əldə etmiş olsaq, biz sizə E-mail təklifləri göndərə bilərik. Bu təkliflər sizin bizimlə həyata keçirdiyiniz ilkin əməliyyatda, habelə sorğuda təqdim etdiyiniz informasiyaya, üstünlük verdiyiniz satınalma və həyat tərzini göstərə bilən informasiyaya, habelə ticarət firmaları və marketinq təşkilatları kimi kənar mənbələrdən əldə olunan informasiyaya əsaslana bilər. Bu E-mail təklifləri birbaşa American Express' dən gəlir.
Biz sizə E-mail göndərərkən, qrafiklə zəngin “html” E-mail-ləri oxuya bilməyiniz kimi sizin E-mail ünvanınız barədə informasiyanı müəyyən edə bilərik. Əgər sizin E-mail ünvanınız “html” tipli faylları oxumaq qabiliyyətinə malikdirsə, biz sizə qrafiklə zəngin olan “html” E-mail-ləri göndərə bilərik.
Xahiş olunur nəzərə alasınız ki, biz sizin E-mail ünvanlarınızı biznes partnyorlarımıza təqdim etmirik. Lakin, biz öz biznes partnyorlarımız adından sizə təkliflər göndərə bilərik. Nəzərə alın ki, əgər siz American Express'in biznes partnyorundan gələn təklifin üstünlüyündən istifadə edərək onun müştərisi olarsınızsa, onlar təklifləri müstəqil şəkildə sizə göndərmək istəyə bilrlər. Bu halda, əgər siz onlardan gələcəkdə təklif almaqdan imtina etmək arzusunda olsanız, siz onlara ayrıca məlumat verməli olacaqsınız.
Bizim öz biznes partnyorlarımız adından American Express Kartının üzvlərinə təqdim edə biləcəyimiz xüsusi təklif növlərinin nümunəsi üçün, American Express SelectsSM müraciət edin.
Bizim məqsədimiz təklifləri o insanlara çatdırmaqdır ki, biz onların bu cür təklifləri münasib və dəyərli hesab edəcəklərinə inanırıq. Təkliflər müştəriyə aid olan şəxsi informasiyanın etibarlılığını və məxfiliyini qorumaq üçün nəzərdə tutulan ciddi şərtlər əsasında hazırlanır və idarə olunur. Lakin, istənilən vaxt siz bu təklifləri almaq istəmədiyinizi bildirə bilərsiniz.
Biz, həmçinin, İnternet saytımızda toplanan informasiyanı sizin tərəfinizdən bizim İnternet saytımızda həyata keçirilən əməliyyatları, habelə ərizələri emal etmək və sizin qeydiyyata aldırdığınız və ya müraciət etdiyiniz məhsul və xidmətləri təqdim etmək (çatdırmaq) üçün istifadə edirik. Bunu etmək üçün, adətən bu cür informasiyanı bizim birgə işlədiyimiz, hesabları idarə edən, “yaxınlıq” (ümumi maraqlarla birləşmiş şəxslər qrupu), tez-tez müraciət edən istifadəçi, habelə mükafat proqramları təklif edən şirkətlər, habelə bizimlə marketinq xidmətləri və digər biznes əməliyyatları həyata keçirən şirkətlər kimi ehtiyatla seçilmiş ticarət firmaları və biznes partnyorlarla bölüşmək lazım gəlir. Biz bu cür informasiyanı, həmçinin, sizin online təcrübənizi uyğunlaşdırmaq və sizə daha münasib təkilf və yeniləşmələr təqdim etmək üçün, American Express müştərisi kimi, sizin barənizdə malik olduğumuz və hamı üçün açıq olan informasiya, habelə sizin qeyd etdiyiniz üstünlüklərlə birlikdə istifadə edirik.
E-mail təkliflərinin qəbul edilməməsi
American Express E-mail təkliflərinin qəbul edilməməsi üçün öz müştərilərini asan vasitələrlə təmin edir. Baxmayaraq ki, bəzi müştərilər ehtiyatla hazırlanmış əlverişli imkanlar barədə bildiriş almaqdan məmnun olduqlarını bizə deyirlər, biz sizə seçim təqdim etməyin vacibliyini qəbul edirik. İstənilən vaxt, siz, sadəcə bizim E-mail-ə cavab verməklə və üstünlük verdiyiniz halları qeyd etməklə, bu cür təkliflərin bizim tərəfimizdən göndərilməsinin dayandırlmasını xahiş edə bilərsiniz. Sizin American Express'dən aldığınız bütün E-mail təklifləri sonrakı E-mail təkliflərindən necə imtina etməli olduğunuz barədə sizə informasiya verəcək.
İnformasiyanın emalı və Qlobal məlumat ötürməsi
American Express, Avropa İttifaqındakı kimi məlumatların geniş mühafizəsi haqqında qanunlara malik olmayan ölkə olan Birləşmiş Ştatlardakı özünün bütün dünya üzrə saytları vasitəsilə toplanan informasiya üçün texniki dəstəyi və onun emalını təmin edir. American Express, həmçinin, məlumatların qorunması haqqında qanunların Avropa İttifaqında olduğu kimi geniş olmaya biləcək, Avropa İttifaqı xaricində yerləşən digər ölkələrə bizim informasiyanı açıqlayacaq və ya onlara çıxış əldə edəcək. Lakin, bu hallarda, American Express Amerika Birləşmiş Ştatlarında və digər ölkələrdə sizə aid olan informasiyanın Avropa İttifaqında olduğu səviyyədə qorunmasının təmin olunması üçün müvafiq tədbirlər görmüşdür.
Uşaqlar
Biz, bilərəkdən, americanexpress.az saytını 18 yaşdan aşağı olan uşaqlardan məlumatları almaq və ya onlara satış təklif etmək üçün istifadə etmirik.
Şirkətin məxfiliklə bağlı öhdəliyi
İstehlakçılara aid olan informasiyanın məxfiliyinin qorunması sahəsində bizim uzun-müddətli liderliyimizi saxlamaqla, American Express İnternet və elektron ticarətin bütün aspektləri üzrə fərdi məxfilik haqqında hüquqları qorumaq üçün cari istehsal təşəbbüslərində aktiv şəkildə iştirak edir. Müştərinin İnternet məlumatlarının məxfiliyinin qorunması barədə American Express'in Bəyanatı bu Prinsipləri bizim “online” müştərilərimizə tətbiq edir və onların məxfiliyinin qorunması ilə bağlı bizim öhdəliyimizi müəyyən edir.
Müştərinin seçimi. Birbaşa poçt və telemarketinq
Birləşmiş Krallıqda (UK) American Express poçt və ya telemarketinq təkliflərini qəbul etməkdən imtina etmək istədikdə, öz hesabınız barədə informasiya əldə etmək istədikdə, yaxud sual və ya narahat olduğunuz məsələlər olduqda, sizin hesabınızdan edilən çıxarışda (account statement) qeyd olunan telefon nömrəsi vasitəsilə müştəri xidmətlərinə zəng edin.
Sizin çıxış və düzəliş etmə hüququnuz
Siz müraciət etdiyiniz halda, biz sizin barənizdə hansı informasiyaya malik olduğumuzu sizə bildirərək, müvafiq qanuna uyğun olaraq onu sizə təqdim edəcəyik. Bunun üçün, qanunla icazə verildiyi kimi, ödəniş tələb oluna bilər. Əgər siz hesab edirisinizsə ki, sizin barənizdə bizdə olan informasiya qeyri-düzgün və ya natamamdır, siz yubanmaya yol vermədən Azərbaycan Beynəlxalq Bankına yazmalısınız: Bakı AZ1005, Nizami küç., 67. Qeyri-düzgün və ya natamam olduğu müəyyən olunmuş istənilən informasiyaya dərhal düzəliş ediləcək.
Əlaqələndirilmiş İnternet saytları
Siz bilməlisiniz ki, americanexpress.az – dan sizin əlaqə yaratdığınız digər İnternet saytlarında məxfiliklə bağlı burada ifadə olunanlardan fərqli şərtlər ola bilər.