| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
Azərbaycan Respublikasında İnternet vasitəsilə «Azərbaycan Beynəlxalq Bankı» ASC tərəfindən göstərilən xidmətlər zamanı istehlakçıların məxfi məlumatlarının mühafizəsi barədə Əsasnamə
«Məxfi məlumatların mühafizəsi barədə Əsasnamə» «Azərbaycan Beynəlxalq Bankı» ASC (sonradan – «Bank») tərəfindən administrasiya olunan internet səhifənin istifadəçilərinə şamil edilir və yalnız Azərbaycan Respublikasında Bank tərəfindən təqdim olunan məhsullara və xidmətlərə aid edilir. Əgər Sizin Bank tərəfdən buraxılmamış hər-hansı «American Express» məhsulunuz vardırsa, lütfən, lazım olan ölkənin tapılması və həmin səhifədə məxfi informasiya barədə qaydaları oxumaq üçün «American Express» şirkətinin Ümumdünya internet səhifəsinə müraciət edin.
Məxfiliyin mühafizəsi bizim üçün çox vacibdir. Biz ümid edirik ki, aşağıda qeyd olunan məlumatlar bizim internet səhifəmizdə Sizin təqdim etdiyiniz şəxsi məlumatlardan Bankın hansı şəkildə istifadə etmək və qorumaq niyyəti barədə anlamağınıza kömək edəcəkdir.
Təhlükəsizlik
Siz bizə bank hesabınız barədə məxfi məlumatı Bankın internet səhifəsi vasitəsilə göndərdiyiniz zaman, biz mühafizə olunmuş soketlər Protokolunun köməkliyi ilə «təhlükəsiz rejimi» sazlamağınızı tələb edirik.* Məlumatların toplanılması
Siz Bankın istənilən onlayn xidmətləri üçün qeydiyyata alınmamış istifadəçi olduğunuz təqdirdə Bankın internet səhifəsinə baxarkən, Siz həmin məlumatlara anonim istifadəçi kimi giriş əldə edirsiniz. Sizin barədə şəxsi məlumatlar – Sizin adınız, ünvanınız və ya telefon nömrəniz – anonim istifadəçi qismində Sizin sessiyanız zamanı bizə göndərilmir. Lakin Bank bizim internet səhifəmizdən necə istifadə olunması barədə məlumatların yığılması üçün «cookies»dən istifadə edir. Ümumiyyətlə, sizin şəbəkəyə daxil olduğunuz server, Sizin brauzerin növü (məsələn, Netscape və ya Internet Explorer), Bankın bannerinə və ya Bankın kontragentinə münasibət göstərməyiniz barədə informasiyalar kimi məlumat növləri toplanılır və izlənilir. Bu məlumatlar banner reklamına münasibət göstərilmə sayının təhlili məqsədilə istifadə olunur. Əgər siz «cookies» barədə daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, lütfən, «Cookies barədə» bölməni oxuyun.
Məlumatların istifadə olunması
Biz Sizin təqdim etdiyiniz məlumatlardan, məsələn, xidmət göstərilməsi, hesabların düzgün təqdim edilməsinin təmin olunması, bizim müxtəlif xidmətlərimizə olan istehlakçı marağının ölçülməsi, məhsullar və xidmətlər barədə Sizin məlumatlandırılmağınız üçün istifadə edə bilərik. Bu məlumatlar bank xidmətlərinin göstərilməsi barədə müvafiq müqavilə üzrə, internet səhifədən istifadə etməklə, Sizin bizimlə sessiyanız zamanı sorğularda alıcı üstünlüyü və həyat tərzi barədə qeydə alına bilən informasiyalardan, həmçinin ticarət və marketinq agentliyi kimi xarici mənbələrdən daxil olan informasiyalardan Sizin bizə təqdim etdiyiniz informasiyalara əsaslanır.
Lütfən, nəzərə alın ki, biz Sizə bizim tərəfdaşlarımızın adından müxtəlif təkliflər göndərə bilərik. Nəzərə alın ki, əgər Siz Bankın tərəfdaşlarının təkliflərindən istifadə etsəniz və onların müştərisinə çevrilsəniz, onlar, güman ki, bizdən ayrı Sizə təkliflər göndərəcəklər. Əgər Siz həmin şirkətlərdən təkliflər almaq istəmirsinizsə, onları bu barədə ayrıca məlumatlandırmalısınız.
Bizim məqsədimiz – həmin məlumatları bizim fikrimizcə yararlı və qiymətli hesab edəcək şəxslərə işgüzar təkliflər etməkdir. Bütün təkliflər təhlükəsizliyə riayət olunmasına və istehlakçıların şəxsi məlumatlarının məxfi saxlanılmasına yardım edən ciddi qaydalara müvafiq olaraq işlənilir və əlaqələndirilir. Lakin Siz istənilən vaxt həmin təklifləri almaqdan imtina edə bilərsiniz.
Məxfiliyə riayət olunma barədə Bankın öhdəlikləri
Lütfən, nəzərə alın ki, Bankın internet səhifəsi ilə bağlı olan digər bazarlarda «American Express» şirkətinin internet səhifələri istehsalçıların şəxsi məlumatlarının mühafizəsi sahəsində «American Express» prinsiplərinə tam uyğun olan məxfilik barədə fərdi Əsasnamələrə malikdirlər. Onlar müəyyən məhsullar və xidmətlər üçün dəyişdirilə və ya yerli qanunvericiliyə və ya dünyanın müxtəlif regionlarının adətlərinə müvafiq ola bilərlər. Bank üçüncü şəxslər (Bankdan fərqli) tərəfindən məxfilik siyasətinə riayət olunmasına görə, əgər müvafiq internet səhifə Bankın internet səhifəsi hesab edilmirsə, məsuliyyət daşımır. Siz yadda saxlamalısınız ki, Bankın internet səhifəsindəki digər internet səhifələrdə olan istinadlar hazırki internet səhifədə təsvir edilən qaydalardan fərqli digər məxfilik qaydalarına malik ola bilər.
* Secure Socket Layer (SSL) – mühafizə olunmuş Secure Socket Layer (SSL) soketlərinin protokolları (şəbəkə vasitəsilə məlumatların təhlükəsiz ötürülməsinə zəmanət verən protokol; açıq açar ilə kriptoqrafik sistemi və məlumatların bloklu şifrlənməsini kombinə edir)
Şəxsi məlumatların mühafizəsi barədə Əsasnamədə dəyişikliklər
İternet vasitəsilə xidmətlərin təqdim edilməsi zamanı istehlakçıların məxfi məlumatlarının mühafizəsi barədə Əsasnaməyə bütün dəyişikliklər, bizim təqdim etdiyimiz məxfi məlumatların mühafizəsi və marketinq məqsədləri üçün şəxsi məlumatlardan bizim istifadə etməyimizə dair Sizin seçim imkanlarınız barədə Sizin hər zaman tam məlumatlandırıla bilməyiniz üçün burada əks olunacaqdır.
Son yenilənmə tarixi: __/__/__
«Cookies» barədə
Əvvəldən «Cookies» internet səhifəsi istifadəçinin brauzerlərini seçə bilməsi və beləliklə, istifadəçi tərəfindən internet səhifəyə baxış zamanı qeydə alınmış istifadəçinin istənilən üstünlükləri barədə məlumatların saxlanılması və qeydə alınması üçün yaradılmışdı. «Cookie» –internet səhifənin sizin brauzerə göndərə bildiyi qısa mətn sətridir. «Cookie» sizin sərt diskdəki toplayıcıdan məlumatları çıxara, kompüter virusları göndərə və ya sizin elektron ünvanınız barədə məlumatları qeydə ala bilmir. Hal-hazırda, internet səhifələr səhifəyə istifadəçilərin gəlmə aspektlərini yaxşılaşdırmaq üçün istifadə olunur; ümumən «cookies» istifadəçinin identifikasiyasını, şifrini, ana səhifəsi barədə məlumatları təhlükəsiz qoruya, həmçinin internet səhifənin hansı bölmələrinə daxil olunmasını müəyyən edə və ya «istehlakçı səbətinin» üstünlüklərini qeydə ala bilir.
Əgər Siz sadəcə Bankın internet səhifəsinə baxırsınızsa, «cookie» yalnız Sizin brauzeri identifikasiya edir. Əgər Siz Bankın internet səhifəsinin qeydiyyata alınmış istifadəçisinə (müəyyən istifadəçi adı və şifri ilə) çevrilirsinizsə, biz Sizə istehlakçı kimi, Sizin barədə aşkar edilmiş üstünlüklərə və digər məlumatlara əsaslanaraq, bizim fikrimizcə, Sizin üçün yararlı olacaq məlumatların təqdim edilməsi üçün «cookies»-dən istifadə edirik. Sizin brauzeri müəyyən «cookie»-nin quraşdırılması barədə Sizi avtomatik olaraq məlumatlandıracaq opsiyalara sazlamaq olar; bu şəkildə, «cookie» istifadə olunmasına Sizin icazə verib-verməmək istəyiniz barədə qərar qəbul etmək imkanınız olacaqdır. Əgər Siz qeydiyyata alınmamış istifadəçi qismində sadəcə bizim internet səhifəyə baxırsınızsa, «cookie»-dən istifadə olunmasını qəbul etməyə bildiyiniz yerdə Siz internet səhifədən istifadə etməyə davam edə bilərsiniz. Lakin, əgər Siz bank hesabınız (məsələn, Sizin bank hesabınızın yoxlanılması) barədə məxfi informasiyaya giriş ala biləcəyiniz internet səhifəyə daxil olursunuzsa, Siz həmin internet səhifədə «cookie»-dən istifadəyə icazə verməlisiniz, belə ki, onlar internet səhifənin idarə olunması və təhlükəsizlik üçün vacibdir. «Cookies»-dən istifadəyə icazə verdikdə Siz nəzərə almalısınız ki, həmin icazə sizin elektron poçtunuza Bankdan təkliflərin əldə olunmasını qəbul etmək və ya ondan imtina etmək hüququnuza təsir göstərməyəcəkdir.
Aşağıda «cookies»-in saxlanma üsulları göstərilmişdir:
Netscape Navigator 4:
«Düzəliş» menyusundan «Üstünlüklər»i seçin. «Üstünlüklər» menyusundan «Əlavə»ni seçin; orada aşağı sağ küncdə «cookies» üçün bir neçə opsiyalar sadalanacaqdır. Əlavə olaraq, Siz daha ətraflı məlumatların əldə olunması üçün «Yardım»ı seçə bilərsiniz. Netscape brauzeri və «cookies»-dən istifadə barədə əlavə məlumatların əldə olunması üçün, lütfən, Netscape internet səhifəsinə müraciət edin.
Microsoft Internet Explorer 4:
«Görünüş» menyusundan «Opsiyalar»ı seçin. «Əlavə menyu»nu seçin və «Cookies» bölməsini tapın, orada bir neçə opsiya təklif olunur. Microsoft Internet Explorer brauzeri və «cookies»-dən istifadə barədə əlavə məlumatların əldə olunması üçün, lütfən, Microsoft internet səhifəsinə müraciət edin.
AOL:
Əgər Siz Windows 95 üçün AOL-dan istifadə edirsinizsə: «İştirakçılar» menyusundan «Üstünlüklər»i seçin. WWW işarəsinin üzərinə basın və «Əlavə»ni seçin. Əgər Siz «cookies»-dən istifadəyə icazə verməzdən əvvəl məlumatlandırılmaq istəyirsinizsə, istifadəçi üstünlüklərini dəyişdirin.
Əgər Siz AOL-un aşağıdakı brauzerlərindən istifadə edirsinizsə, Siz «cookies» üzrə üstünlükləri sazlaya bilməyəcəksiniz, belə ki, bu brauzerlər «cookies»-i avtomatik olaraq qəbul edirlər:
AOL brauzerlərinin bütün əvvəlki versiyaları «cookies» dəstəkləmir və buna görə də, Sizi Bankın internet səhifəsinin qeydiyyata alınmış istifadəçisi kimi təyin edə bilmir, bu da o deməkdir ki, sizin bank hesabınız barədə məlumatlar göstərilə və ya alına bilmir.