| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
QIZIL KARTLA SƏYAHƏT
Səyahət həyatı zənginləşdirir. Bütün dünyada məşhur olan American Express® Card səyahət zamanı sizə tam arxayınlıq hissi bəxş edir.
Xaricə işgüzar səfərə və ya sadəcə istirahətə getdiyinizdə, Qızıl kartınızı özünüzlə götürməyi unutmayın. Kartınız səyahətinizin hər bir mərhələsində qabağınıza çıxacaq xırda və böyük narahatçılıqların öhdəsindən gəlməkdə, işgüzar naharların təşkili, hədiyyə və suvenirlərin alınması və bu kimi məsələlərin həllində əvəzolunmaz köməkçidir.
Səyahət üzrə məsləhətçilərimiz Sizin səyahətinizin bütün aspektlərini ən incə nöqtəsinə qədər planlaşdırmaqda ustalaşıblar. Onlar Sizin üçün , arzu etdiyinizdə, ən yaxşı reyslərin seçimi, otel və mehmanxanalarda yerlərin ayrılması və avtomobil icarəsində mövcud ən yaxşı təklifləri məmnuniyyətlə axtarıb tapacaqlar.
HAVA YOLLARI, NƏQLİYYAT VƏ MEHMANXANALAR
Qızıl Kart Sahibləri üçün Səyahət Xidmətinin professional işçiləri sizə uyğun olan mehmanxana üzrə məsləhət görməyə hər zaman hazırdır.
Biz Sizin üçün avtomobil kirayəsi, fərdi turlar və limuzin ilə nəql etməni təşkil edə bilərik.
XİDMƏTLƏR:
*Müəyyən hava limanlarında bu xidmətin mövcudluğu şərtilə.
Tel: (+99412) 598 01 31