| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
Səyahətlərinizi rahatlıq və xoş təəssüratlarla zəngin etmək məqsədilə 24/7 American Express Global Assist Beynəlxalq Yardım xidmətini təqdim edirik. Səyahət marşrutunuz üzrə hər hansı sahədə məsləhətə ehtiyacınız olarsa və yaxud problem yaranarsa və hətta həkim və ya hüquqşünasa müraciət etmək lazım gələrsə yardım xidmətinə bir telefon zənginiz kifayətdir.
Dünyanın 140-dan artıq ölkəsində yerləşmiş 2200-dən artıq səyahət ofisindən ibarət geniş xidmət şəbəkəsi ilə hər yerdə və hər zaman yanınızdayıq.
Səyahətləriniz zamanı American Express® Card tərəfindən qorunduğunuzu bilmənin Sizə qazandıracağı rahatlıq və güvən duyğusunu düşünün. Səyahətə çıxdığınız andan etibarən, heç bir əlavə xərc ödəmədən xüsusi Sizin üçün hazırlanmış səyahət sığortasının qoruması altında olursunuz. American Express® Card sığortasına, həmçinin təyyarənin gecikməsi, uçuşunuzun təxirə salınması, baqajınızın itməsi və hətta ləngiməsi halları kimi səyahətlə bağlı narahatçılıqlarınızın da təzmin edilməsi daxildir.