| Xəbərlər | | Beynəlxalq saytlar | | Saytın xəritəsi | | Bizimlə əlaqə 24/7 | | Axtar | | English |
Xaricə işgüzar səfərə və ya sadəcə istirahətə getdiyinizdə, Qızıl kartınızı özünüzlə götürməyi unutmayın. Kartınız səyahətinizin hər bir mərhələsində qabağınıza çıxacaq xırda və böyük narahatçılıqların öhdəsindən gəlməkdə, işgüzar naharların təşkili, hədiyyə və suvenirlərin alınması və bu kimi məsələlərin həllində əvəzolunmaz köməkçidir.
Yola çıxmazdan əvvəl ...
Hətta yola çıxmadan, Qızıl kartınızın səyahətlərinizi planlamaqda nə qədər faydalı köməkçi olduğunu anlayacaqsınız. Amerikan Ekspress Səyahət xidmətinə edilən bir telefon zəngi Sizi işinin ustası olan səyahət üzrə təcrübəli məsləhətçilər ilə görüşdürəcək.
Səyahət üzrə məsləhətçilərimiz Sizin səyahətinizin bütün aspektlərini ən incə nöqtəsinə qədər planlaşdırmaqda ustalaşıblar. Onlar Sizin üçün , arzu etdiyinizdə, ən yaxşı reyslərin seçimi, otel və mehmanxanalarda yerlərin ayrılması və avtomobil icarəsində mövcud ən yaxşı təklifləri məmnuniyyətlə axtarıb tapacaqlar. Dünyanın ən geniş səyahət agentlikləri şəbəkəsinə sahib olduğumuz üçün (2200-dən artıq səyahət agentliyi) ən yaxşı təklifləri ilk biz bilirik.
Bütün bunlar Qızıl kart sahiblərinin rahatlığı və həyatdan tam şəkildə zövq almalarını təmin etmək məqsədilə göstərdiyimiz müstəsna qayğı və diqqətin bir parçasıdır.
Mənzilə çatdığınızda...
Səfər xərclərinizi Qızıl kartla ödədiyiniz zaman digər səyahətçilərin sahib olmadığı və hətta çoxunun haqqında duymadıqları səviyyədə qorunma və qayğıdan zövq alacaqsınız.
Səyahətə çıxdığınız andan etibarən, heç bir əlavə xərc ödəmədən xüsusi Sizin üçün hazırlanmış Səyahət sığortasının qoruması altında olursunuz. Qızıl kartınızın qorumasına, həmçinin təyyarənin gecikməsi, uçuşunuzun təxirə salınması, baqajınızın itməsi və hətta ləngiməsi halları kimi səyahətlə bağlı narahatçılıqlarınızın da təzmin edilməsi daxildir.
Nağd vəsaitə ehtiyacınız olduqda, dünya üzrə sayı 650 000-dən çox bankomatlardan arzu etdiyiniz zaman istifadə edə bilərsiniz. Qızıl kartla Siz heç vaxt və heç yerdə nağd vəsaitsiz qalmazsınız.